VULKAN PLATOSU

vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim relyefin çala-çuxurlarını dolduraraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Kolumbiya platosu, Yeni Zelandiyadakı bəzi platolar). вулканическое плато volcanic plateau, lava plateau
VULKAN PALÇIĞI AXINI
VULKAN PÜSKÜRMƏSİ
OBASTAN VİKİ
Vulkan platosu
Vulkan platosu (rus. вулканическое плато, ing. volcanic plateau, lava plateau) — vulk. püskürmələri zamanı iri həcmli lava axınlarının qədim relyefin çala-çuxurlarını dolduraraq əmələ gətirdiyi yüksək düzənlik (Qarabağ vulkanik yaylasında bir çox platolar, Şm. Amerikada Kolumbiya platosu, Yeni Zelandiyadakı bəzi platolar).
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Bakı platosu
Bakı platosu — Abşeron yarımadasının cənubunda sinklinal plato. == Ərazisi == Bakı platosu Bakı mildasını əhatə edir. Plato cənub-şərqdən Bakı buxtası, qərbdən Yasamal dərəsi -Xocasən gölü, şimaldan Böyükşor gölü, şərqdən Bülbülə və Zığ gölləri ilə sərhədlənir. Bakı platosunun sahəsi təqribən 180 kvadrat kilometr, hündürlüyü 236 metrədəkdir (Badamdar dağında). == Tektonik quruluşu == Tektonik cəhətdən Qərbi Abşeron sinklinal zonasının törəmə Bakı muldasına uyğundur; əsasən Abşeron yaşlı gilli əhəngdaşlarından təşkil olunmuşdur. Plato Bakı buxtasına tərəf yönəlmiş amfiteatr formasındadır. Kənar yamacları sıldırım və qismən terraslı, daxili yamacları isə maili və daha yaxşı terraslaşmışdır. Bibiheybət, Bayıl, Badamdar, Yasamal, Alatava, 1–9-cu mikrorayonlar, 8-ci kilometr, Əhmədli, Günəşli, Zığ yaşayış massivləri Bakı platosu üzərində salınmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə.
Buduq platosu
Buduq platosu — Azərbaycan Respublikasıda, Böyük Qafqaz sıra dağlarına daxil olan Yan silsilə ərazisində, Qudyalçay ilə Qaraçay arasında yerləşir. Qaytarqoca və Şuduq silsilələrindən dağ arası çökəkliklərlə ayrılır. Uzunluğu təqribi 12, eni 5 km təşkil edir. Hündürlüyü 1200 metrdir. Yura və Təbaşirin əhəng daşlarından ibarətdir. Səthi qərbdən şərqə meyilli, uçurumludur. Subalp çəmənlikləri vardır. Otlaq və biçənək kimi istifadə olunur.
Ennedi platosu
Ennedi platosu — Çadın şimal-şərqində, Qərbi Ennedi və Şərq Ennedi regionlarında yerləşir. Çadda yerləşən, Ennedi massifi olaraq bilinən dağlar qrupunun bir hissəsi hesab olunur. Ennedi Böyük Səhranın ortasında külək və temperatur eroziyası ilə yaranmış bir qum daşı divarıdır. Bundan əlavə ovçular və toplayıcılar (e.ə. 5.000-4.000 ) və maldarlar (e.ə. 4000 ildən etibarən) bu ərazidə məskunlaşmışlar. Ennedi bölgəsi əsasən mal-qara təsvir olunan qaya sənətinin geniş kolleksiyası ilə də tanınır. Çünki bu heyvanlar əsas maliyyə, ətraf mühit və mədəni təsir mənbəyi rolunu oynayırdı. Buradakı təsvirlər təxminən 7000 il əvvələ aiddir. Bu gün ərazidə yağışlı aylarda Ennedinin daimi kəndliləri olan, quru mövsümdə isə ərazidən köçən iki yarı köçəri qrup var.
Kelsk platosu
Kelsk platosu-(gürc. ყელის ზეგანი, oset. Хъелы фæз)- Qafqazda vulkanik plato. Sönmüş vulkanların və vulkanik gölləri məskəni. == Coğrafi mövqeyi == Dəniz səviyyəsindən 2600–3300 m- hündürlükdə Baş Qafqaz silsiləsinin cənub hissəsində, Belaya Araqvi çayının sahilində Cənubi Osetiya ərazisində yerləşir. Qərbdən tranqafqaz magistralı ilə kəsişir. Şərqdən isə Krestov silsiləsi ilə kəsişir, hansı ki, Hərbi Gürcüstan yolunun kənarından keçir. Şimalında Trusovsk dərəsi ilə sərhədlənir ki, onu da Kazbek yaylasından ayırır. == Sönmüş vulkanları == Xorisar 3736 m Şadilxox Şarxox Mepiskalo 3519 m Narvanxox 3247 m == Gölləri və çayları == Platonun qərb hissəsində Keli gölü, mərkəzi hissəsində Arcvebistva gölü, şərqində isə Keliçad gölü yerləşir. Platodan bir çox çaylar başlanğıcını götürür.
Kergelen platosu
Kergelen platosu — su altı vulkanik plato Hind okeanı və Cənub okeanının bir hissəsini əhatə edir. Dünyanın ən iri su altı platolarından biridir. Avstraliyadan 3 min km cənub-qərbdə yerləşir. Dərinliyi 1-4 min metr arasında dəyişir. Plato Qondvananın ayrılmasından sonra, 120 milyan il öncə vulkanik püskürmələr zamanı formalaşmışdır. Onun formalaşması 25 il davam etmişdir. Geoloji araşdırmalar göstərir ki, plato 40 milyon il ərzində okean sərthindən yuxarıda olmuşdur. Kömür qalıntıları onu deməyə əsas verir ki, Gec təbaşir dönəmində plato meşələrlə örtülü idi. Xüxurları Avstraliya və Hindistan plitələrinin suxurları ilə eyni olduğundan onu demək olar ki, onlare nə zamansa bitişik olmuşlar. Hazırda plato okean səthində Kergelen, Herd adası və Makdonald adaları kimi adaları əmələ gətirir.
Monqol platosu
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km² bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir. Yayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir. Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır. Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir.
Nehrəm platosu
Nehrəm platosu – Babək rayonu ərazisində dağlıq massiv. Arazın sol sahilində, Naxçıvan və Əlincə çaylarının aşağı axınları arasındadır. Ən yüksək zirvəsi Noxuddağdır (1677,6 m). Səthi nisbətən hamar və pilləlidir. Cənub-qərb yamacı sıldırım pillələrdə Arazın dərəsinə düşür. Ümumi uzunluğu 18 km, maksimal eni 10 km-dir. Trias, Yura, Üst Təbaşir, Eosen, Oliqosen və Miosen yaşlı süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentinin şimal-şərq qanadını və Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb hissəsinə uyğun gəlir.
Okean platosu
Okean platosu (rus. плато океанское, ing. oceanic plateau) — 2500–3000 metr dərinlikdə yerləşən düzən relyef, abissal düzənliklərə doğru dik yamacla düşür. Platonun hamar səthi tektonik pillələr, vulkan və fay tipli sualtı dağlarla mürəkkəbləşmiş olur.
Trnovo platosu
Trnovo platosu, Trnovo yaylası və ya Trnovo meşəsi (sloven. Trnovski gozd) ― Dinar dağlarının şimal-qərb hüdudlarında yerləşən karst platosu. Yayladakı əhəmiyyətli karst formalaşmalarına buz mağaraları daxildir. Platonun şərq hissəsində 385 metr (1,263 ft) enində və 1,550 metr (5,090 ft) uzunluğundakı Böyük Paradana buz mağarası (sloven. Velika ledena jama v Paradani) yerləşir. Trnovo platosunda üç təbiət qoruğu mövcuddur: Böyük Paradana buz mağarası; Qolak zirvələri (1 495 m) və Ladin dərəsi (sloven. Smrekova draga); Smrecye meşə qoruğu; Platoda tektonik fəaliyyətlərin təsiri olduqca aydın görünür. Ərazidə bir çox çökəklik, vadi, kiçik karst polyeləri və keçmiş çay vadilərinin qalıqları var. Pliosen dövründə çaylar tektonik qalxmaları aşındırmış və dərələri doldurmuşdur. Yaylada həmçinin Pliosen buzlaşmasının da izləri qalmışdır.
Ufa platosu
Ufa platosu — Cənubi və Orta Uralda yerləşən plato. İnzibati baxımdan Başqırdıstan, Perm diyarı və Sverdlovsk vilayəti ərazisinə daxildir. Başqırdıstanın əsasən şimal-qərb ərazilərini əhatə edir. Ufa platosunun uzunluğu şimaldan cənuba 265 km-dir. Platonun uzunluğu 350—450 metrdir (ən hündür nöqtəsi 517,9 m). Şərqdən pilləvari hündürlüklə bitir. Burada hündürlük 100 metrdir. Qərbdə hündürlük azalır və Şərqi Avropa düzənliyində itir. Bir vaxtlar Ufa platosu okeanın dibində olmuşdur. Bu səbəbdən müxtəlif materiallardan təşkil olunmuşdur.
Vorinq platosu
Vorinq platosu — Orta-Okean silsiləsinin tərkib hissəsini təşkil edir. Şimal Buzlu okean ərazisində yerləşir. Plato başlanğıcını Skandinaviya yarımadasından götürür və qərbə istiqamətlənir.
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
İsveçrə platosu
İsveçrə platosu - İsveçrənin əsas landşaft tiplərindən biridir. İsveçrənin 30% burada yerləşir. Alp dağlarının cənub-şərqində yerləşir. Hündürlüyü dəniz səviyyəsindən 400-600 m-dir. Bura İsveçrənin ən çox əhalinin məskunlaşdığı zonadır. Platonun şimal və şimal-qərbi Yur dağları ilə əhatələnib. Platonun cənub-qərb hissəsi Cenevrə və Nevşat gölləri ilə əhatələnir. İsveçrə sərhəddi 300 km uzunluğu platodan keçir. Enliliyi qərbdən şərqə azalır. Cenevrə yaxınlığında platonun eni 30 km-dir.
Şahdağ platosu
Şahdağ platosu və ya Şahdağ yastanı — Böyük Qafqazda plato. Yan silsiləsinin Azərbaycan Respublikası ərazisində ən yüksək hissəsi. Qusar çayının dərəsi ilə Qızılqaya platosundan ayrılır. Yura və Təbaşir sistemlərinin çöküntülərindən təşkil olunmuşdur. Hündürlüyü 4243 metrə (Şahdağ zirvəsi) qədərdir. Alp və subalp çəmənlikləri, 1 kv. km-dən çox sahəsi olan buzlaqları var. "Şahdağ platosu" məqaləsi. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı, 1987, səh. 476.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.